Journal of Azerbaijan Archeology

“Azərbaycan arxeologiyası” jurnalı haqqında arayış

          “Azərbaycan Arxeologiyası” jurnalı ildə iki dəfə dərc olunur.  Jurnalının təsisçisi Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, baş  redaktoru professor Qüdrət İsmayılzadədir.

Məqsəd: Azərbaycan arxeologiyası sahəsində tədqiqatların mühüm nəticələrini, yenilikləri və  nailiyyətləri yayınlamaqdan ibarətdir.

Mövzular: Jurnalda müəlliflərin Azərbaycan və dünya arxeologiyasına dair nəzəri, elmi-tədqiqat  xarakterli məqalələri dərc olunur.  Bununla yanaşı böyük arxeoloji kəşflər, görkəmli arxeoloqların həyat və fəaliyyəti haqqında da vaxtaşırı məlumat verilir.

Məzmun: Jurnalda müəlliflərin arxeologiyanın aktual problemlərinə həsr olunan, elmi yeniliyi ilə fərqlənən, əvvəllər dərc olunmamış məqalələri çap olunur.

Məqalələrin dəyərləndirilməsi: Yurnalın ünvanına göndərilən məqalələr redaksiya tərəfindən ilkin olaraq məqsəd, mövzu, məzmun və yazı qaydalarının tələblərinə uyğunluğu əsasında qiymətləndirilir. Tələblərə uyğun hazırlanmış məqalələr rəydarlara göndərilir və müsbət rəy alanlar  dərc olunur. Əgər məqaləyə qeydlər varsa və onların icrası vacibdirsə yenidən işlənmək üçün müəllifə qaytarılır və müəllif tərəfində iki həftə ərzində düzəlişlər edilib redaksiyaya təqdim edilməlidir. Mənfi rəy verilən və tələblərə uyğun hazırlanmayan məqalələr çap olunmur.

Yazı dili:  Jurnalda azərbaycan, türk, rus və ingilis dillərində məqalələr çap olunur.

Əlaqə:

Telefon: (99412) 4217916 (219)

Faks: (99412) 4989379

E-mail:  history@khazar.or

“Azərbaycan Arxeologiya” jurnalının saytı: jaa.khazar.org