Journal of Azerbaijan Archeology

Müəlliflərin nəzərinə

Məqalələrin tərtibatı: Təqdim olunan məqalənin mətni – MS Word proqramda və Times New Roman – 12 şrifti ilə Azərbaycan dilində latın əlifbası ilə, rus dilində kiril əlifbası ilə, ingilis dilində ingilis əlifbası ilə yazılmalı və həcmi 3000 (üç min) sözdən artıq olmamalıdır. Məqaləyə iki xülasə əlavə olunmalı (11 şrift), xülasələrin həcmi 50 sözdən az, 250 sözdən çox olmamalıdır. Xülasələrdə ardıcıllıq ingilis-rus, azəri-ingilis şəkilində olmalıdır.

  • Başlıq: 10 sözdən artıq olmamalı, tünd, ilk hərf böyük, digərləri isə kiçik hərflərlə (14 şrift) mötərizədə yazılanlar isə tünd, ilk hərf böyük, digərləri isə kiçik hərflərlə (12 şirft);
  • müəllifin və ya müəlliflərin adı və soyadı başlığın altında ortada tünd hərflərlə (ilk hərflər böyük, digərləri adi) (12 şrift);
  • müəllifin və ya müəlliflərin çalışdığı müəssisənin adı ad və soyadının altında, tam şəkildə açıq rəngdə hərflərlə yazılmalıdır (11 şrift);
  • xülasələrdə məqalənin adı tünd və kiçik hərflərlə (11 şrift) xülasə sözünün altında yazılmalıdır (12 şrift);
  • müəllifin və ya müəlliflərin çalışdığı müəssisənin adı xülasədə ad və soyadının altında yazılmalıdır (11 şrift);

Məqalədə  UOT indekslər və ya PACS tipli kodlar,  məqalə və xülasələrin dillərində açar sözlər verilməlidir.

Məqalənin sonunda verilən ədəbiyyat siyahısı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Dissertasiyaların tərtibi qaydaları” barədə qüvvədə olan Təlimatına uyğun tərtib edilməlidir. Ədəbiyyat sözü tünd, ilk hərf böyük, digərləri kiçik hərflərlə (12 şirft), ədəbiyyat siyahisi isə (11 şrift) olmalıdır.

Məqaləyə əlavə olunan cizgi, tablo və fotolar çapa yararlı olmalıdır. Məqaləyə əlavə olunan cizgi, tablo və fotolar aid sözlərin şrifti 11 olmalıdır.