Journal of Azerbaijan Archeology

“Azərbaycan arxeologiyası” jurnalı ildə iki dəfə çıxır. Jurnalda Azərbaycan ərazisində aparılan yeni arxeoloji tədqiqatlara, arxeologiyada istifadə olunan yeni tədqiqat üsullarına, nəzəri təhlillərə, arxeologiyanın digər elm sahələri ilə əlaqələrinə üstünlük verilir. Yalnız tapıntıların təsvirinə həsr olunmuş hesabat xarakterli məqalələr nəşrə qəbul olunmur.

Jurnala, Azərbaycan, ingilis, türk və rus dillərində məqalələr qəbul olunur. Başqa bir jurnalda nəşr olunmuş və ya nəşr üçün göndərilmiş məqalələr qəbul olunmur. Məqalənin ən azı 75 faizi yeni material olmalıdır. Jurnala göndərilən məqalələr “Antiplagiat” proqramı ilə yoxlamadan keçirilir.

Məqalələr müvafiq ixtisaslı mütəxəssisə rəyə göndərilir. İrad və tələb olunan düzəlişlər rəyçinin adı göstərilmədən müəllifə göndərilir. Müəllif fikirlərində israr edərsə məqalə başqa bir mütəxəssisə rəyə göndərilir.

Xarici dildə olan məqalələrdə ad Azərbaycan dilində də verilməlidir. Məqalənin adının altında, ortada müəllifin adı, soy adı, elektron poçtu, ondan aşağıda abzasdan açar sözlər yazılmalıdır. Açar sözlər iki dildə, birinci sətirdə məqalənin yazıldığı dildə, ikinci sətirdə Azərbaycan dilində yazılmalıdır. Sonra məqalə yazılan dildə Abstrakt, ondan sonra Azərbaycan dilində özət verilməlidir. Azərbaycan dilində olan məqalələrdə özət ingilis dilində yazılmalıdır.

Jurnala göndərilən məqalələr 14 Times Now Roman şriftlə, 1,5 intervalla yazılmalıdır. Məqalənin həcmi 25000 işarədən, 12 səhifədən artıq olmamalıdır, üç səhifədə şəkil və tablolar verilməlidir. Müəllif, 15 səhifə içərisində mətn və şəkillərin sayını özü müəyyən edə bilər. Şəkillər və tablolar ardıcıl sıralanmalı, A4 formatına uyğun olmalıdır. Şəkillərin və tabloların alt yazıları iki dildə – Azərbaycan dilində və məqalənin yazıldığı dildə verilməlidir.

Məqalənin mətnində istinad olunan ədəbiyyat aşağıdakı kimi verilməlidir: müəllifin adı, nəşr ili, səhifə – İbrahimli, 2020, 96

Ədəbiyyat siyahısında istinadlar aşağıdakı kimi verilməlidir:

Məqalə:

Xəlilov T.F. 2010

Müstəqillik dövründə Naxçıvanda arxeoloji tədqiqatlar Azərbaycan arxeologiyası, 2010, Cild 13, №2, 108-114

Toplum:

Musayev D.L. 2914

Mollabürhantəpədə 2014-cü ildə aparılmış arxeoloji tədqiqatların nəticələri. Azərbaycanda 2014-cü ildə aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş Elmi sessiyanın materialları. Baki: 41-42

Kitab:

Bakıxanov A. 1991

Gülüstani İrəm. Elm nəşriyyatı, Bakı: 305