Journal of Azerbaijan Archeology

“Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

18-19 Aprel tarixində AMEA-nın Əsas binasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə “Məmmədəli Hüseynov 100: Cənubi Qafqaz arxeologiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda iştirak edən Xəzər Universitetinin müəllimi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı t.ü.f.d. Yaqub Məmmədov, “Damcılı mağarasında arxeoloji qazıntılar (2019)” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə 2016-cı ildən etibarən Damcılı mağarasında aparılan arxeoloji qazıntıların məqsədləri, istiqamətləri və nəticələri haqqında geniş məlumat verilmiş, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd etmək lazımdır ki, t.ü.f.d. Yaqub Məmmədov 2018-ci ildə Gəncə şəhərində keçirilən “Gənc alimlərin III beynəlxalq Elmi Konfransınında “Damcili mağarasinda arxeoloji qazintilar (2016 -2018)” və 2020 – cil ildə Dnepr şəhərində (Ukrayna) keçirlən “Dəyişən dünyada təhsil və elm: problemlər və inkişaf perspektivləri” II Beynəlxalq Elmi Konfransda “Damcılı mağarasında arxeoloji tədqiqatlar (2015-2018)” adlı məruzələr ilə çıxış etmişdir.

2015 – ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmış memoranduma əsasən, 1953- cü ildə S. N. Zamyatnin və M.M. Hüseynov tərəfindən qeydə alınmış və 1956-1957 – ci illərdə aparılan tədqiqatlar aparılmış Damcılı mağarasında tədqiqaatlara başalanmışdır. 2015-2019-cu illərdə aparılmış beynəlxalq arxeoloji qazıntıların tədqiqatların bu il də davam etdirilməsi planlaşdırılır.