Journal of Azerbaijan Archeology

Böyük alimin ad günü

Azərbaycanın tanınmış arxeoloqu, tarix üzrə fəlsəfə doktoru Firuzə Xanım Muradovanı ad günü münasibətilə təbrik edirik.

Firuzə Xanım Muradova Qobustan Kiçikdaç Abidələri, Qobustan Tunc Dövründə, Qobustan Petroqlifləri və daha bir çox əsərin müəllifidir. Azərbaycan tarixində böyük yeri olan Qobustan qayaüstü təsvirlərinin öyrənilməsində və digər sahələrdə həyata keçirdiyi fəaliyyətlər, Azərbaycan elminin inkişafına öz töhfəsini vermişdir.

Firuzə Xanım Muradovaya Azərbaycan Arxeologiyası Jurnalı adından uzun ömür və can sağlığı arzu edirik…

Firuzə Xanım Muradova (sağdan dördüncü), həyat yoldaşı Cəfərqulu Rüstəmov (ayaq üsttə
soldan üçüncü) və Norveçli alim Thor Heyerdahl (ortada).