Journal of Azerbaijan Archeology

Xəzər Universitetinin müəllimi Yaqub Məmmədova Arxeologiya ixtisasında Tarix elm sahəsi üzrə Fəsəfə Doktoru elmi dərəcəsi verilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasın 15.02.2022-ci tarixli qərarı ilə, AMEA Arxepelogiya, Etroqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, eyni zamanda Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin müəllimi Yaqub Məmmədova, 5505.2 – Arxeologiya ixtisasında Tarix elm sahəsi üzrə fəsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Y.Məmmədovun “Homo cinsinin Cənubi Qafqazda məskunlaşması (arxeoloji və paleantropoloji qalıqlar əsasında)” adlanan dissertasiya işində, Cənubi Qafqazın regionun paleoiqlim və paleocoğrafiyası nəzərə alınmaqla, burada Homo cinsinin müxtəlif növlərinin (Homo erectus, Homo heidelbergensis, Homo sapiens neanderthalensisin və anatomik müasir insanın) yayılması, təkamülü, sosial həyatı və eləcə də onların əmək alətlərinindəki texnoloji tipoloji dəyişkənlikləri tədqiq olunmuşdur.
Tədqiqatın Cənubi Qafqazın, o cümlədən Azərbaycanın qədim daş dövrü tarixinin öyrənilməsində, regionun erkən homo növlərinin miqrasiya və təkamül aspektinin tədqiqində böyük əhəmiyyəti vardır. Tədqiqat işi Cənubi Qafqaz və Azərbaycanın daş dövrü arxeologiyası, paleoantropologiyasına dair dərsliklərin və monoqrafiyaların yazılmasında istifadə oluna bilər. Tədqiqat bu sahədə araşdırma aparan mütəxəssislər, doktorantlar, eləcə də tələbələr üçün əhəmiyyətlidir.
Qeyd lazımdır ki, mövzü ilə bağlı Y.Məmmədovun 20 məqaləsi çap olunub, əldə etdilmiş nəticələr ilə bağlı 10 beynəlxalq və yerli konfransda məruzə edilib.
Yaqub müəllimi təbrik edirik və uğurlar arzu edirik.