Journal of Azerbaijan Archeology

Almaniyalı tədqiqatçı Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin qonağı olub

16 mart 2022-ci il tarixində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, t.ü.f.d. Laçın Mustafayev və Almaniyanın Vürzburq Universitetinin Qədim Yaxın Şərq Arxeologiyası departamentinin əməkdaşı Dr. Martin Gruber Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin əməkdaşları, t.ü.f.d., Dos. Roza Arazova və Dr. Söhrab Mustafayev ilə görüşüb Azərbaycanda arxeologiya elminin inkişafı, tədrisi, arxeoloji tədqiqatların aparılmasında müasir metodların tətbiqinə dair fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, Dr. Martin Gruber bu ilin fevral-mart ayları ərzində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan Son Tunc-Erkən Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji kolleksiyası ilə bağlı Gerda Henkel Stiftung fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində tədqiqatlar aparır. Görüş zamanı Xəzər Universiteti Tarix və Arxeologiya departamentinin nəşr etdiyi Azərbaycan Arxeologiyası jurnalının sayıları Azərbaycandakı arxeologiya tədqiqatlarının tanıdılması məqsədi ilə Martin Dr. Gruberə hədiyyə olunmuşdur.