Journal of Azerbaijan Archeology

“Azərbaycan Arxeologiyası” jurnalında Azərbaycan və dünya arxeologiyasının aktual problemlərinə, dünəninə və bu gününə həsr olunmuş nəzəri, elmi-tətbiqi və elmi-kütləvi xarakterli məqalələr çap olunur. Müəlliflərdən məqalələri çap edərkən aşağıdakı qaydalara riayət etmələri xahiş olunur:

1. Məqalələr azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində dərc oluna bilər.

2. Məqalələrin mətnləri Times New Roman – 12 şrifti ilə, 1 intervalla (məsələn, azərbaycan dilində latın əlifbası, türk dilində türk əlifbası, rus dilində kiril əlifbası, alman dilində alman əlifbası, ingilis dilində ingilis əlifbası, fransız dilində fransız əlifbası ilə) çap olunmalıdır.

3. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt ünvan(lar)ı göstərilməlidir.

4. Elmi məqalənin sonunda müəllif(lər)in gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməlidir.

5. Məqalənin mövzusu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı mətndə ardıcıllıqla (məsələn, [1] və ya [1, s.119] kimi işarə olunmalı) ya da əlifba ardıcıllığı ilə nömrələnməlidir. Eyni ədəbiyyat mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir.

7. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

8. Dərc olunduğu dildən başqa iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri məqalənin məzmununa uyğun olmalıdır. Məqalədə müəllifin və müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.

9. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər məqalənin və xülasələrin yazıldığı dillərdə verilməlidir.

10. Məqaləyə iki rəy və şöbənin iclasının çıxarışı əlavə olunmalıdır.

Attention authors

Theoretical, scientific-applied and popular-scientific articles devoted to actual problems, past and present of Azerbaijan and world archaeology are published in the magazine of “Azerbaijan Archaeology”. Authors are requested to observe the following rules:

1. Articles should be posted in Azerbaijani, Russian, Turkish, Germany, English and French.

2. The texts of articles must be printed in Times New Roman – 12 font, with line spacing -1,5 (for example, the Latin alphabet in Azerbaijani, Turkish alphabet in Turkish, Cyrillic Russian, German alphabet in German, English alphabet in English, French alphabet in French ).

3. The institution (s) of author (s), adress (s) of the institution (s), e-mail address (s) of author (s), should be indicated in the article.

4. Scientific conclusion of author (s), scientific novelty, practical importance, economic efficiency of scientific work should be clearly indicated at the end of the article.

5. Scientific sourles should be referred in the connection of the theme of article. List of references should be indicated systematically (for example, as [1] or (1, p.119) ) or numbered by alphabetical order at the end of the article. If the same reference is referred repeatedly, the citation should be indicated by previous number.

6. Each reference should be complete and accurate. The bibliographic description of the citation should be based on its sort (monographs, textbooks, scientific papers and etc.) While referring to the thesis or materials of scientific articles, symposiums, conferences and other prestigious scientific events, name of the article or thesis should be indicated .

7. Scientific articles, monographs and other reliable sources of last 5-10 years should be a priority.

8. Besides the language of publication, summaries of the article should be published in two different languages. Summaries of articles should be consistent with the content of the article. Scientific innovation, practical importance of work and conclusion the author or authors come to, should be written in a compact way in the summary. Summaries should be seriously edited from scientific and grammatical standpoint. A name of author or authors should be indicated in each summary.

9. Key words, UDC indexes or PACS codes should be indicated in each article. Key words should be written in the language of article and summaries.