Journal of Azerbaijan Archeology

Böyük alimin doğum günü…

24 oktyabr, həyatını vətəninin tarixi keçmişinin araşdırılmasına və təbliğinə həsr etmiş, Azərbaycanın arxeologiya elmində tunc dövrü abidələrini tədqiq edən görkəmli arxeoloqumuz professor, tarix elmləri doktoru, “Şöhrət” ordeni laureatı Qüdrət Seyfulla oğlu İsmayılzadənin doğum günüdür.

Xəzər Universitetinin “Azərbaycan Arxeologiyası” jurnalının baş redaktoru Qüdrət İsmayılzadə, Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət abidəsi və Babadərviş qədim yaşayış yeri üzrə tədqiqatlar aparmış, Azıx mağarası qazıntılarında fəaliyyət göstərmiş, qədim sivilizasiyalardan biri olan Troya qazıntılarında iştirak edən ilk azərbaycanlı arxeoloq olmuşdur.

Dəyərli alimimizin yeni yaşını ürəkdən təbrik edir, ona can sağlığı, xoşbəxtlik, elmi fəaliyyətində tükənməz enerji arzulayırıq.