Journal of Azerbaijan Archeology

T.İ.Axundov. Alxantəpə yaşayış yeri

T.İ.Axundov. Alxantəpə yaşayış yeri – Bakı-2021, 724 səh.

Kitabda Qafqazın metal dövrünə ilk addımı sayılan Leylatəpə ənənəsinin maraqlı abidələrindən biri olan Alxantəpə yaşayış yerində qazıntılar zamanı aşkar edilmiş tikili, məişət və təsərrüfat qurğuları, dəfn və inanclarla bağlı tapıntılar göstərilməklə yanaşı, aparılmış arxeoloji qazıntıların ardıcıl təsnifatı verilir. Eyni zamanda abidədə qazıntı zamanı əldə edilmiş maddi mədəniyyət nümunələrinin AMEA Arxeologiya, Etnoqrafiya və Etnologiya İnstitutunun Arxeoloji fondunda saxlanılan kolleksiyasının əksəriyyətinin qrafik və foto təsvirləri təqdim olunur.

Abidənin bu cür təqdimatının müsbət səbəbi ondadır ki, ilk növbədə onu imkan dərəcəsində tə dqiqatçılara tam təqdim etməklə yanaşı, hər bir tədqiqatçının yalnız müəllifə inanmaqla deyil, hər bir bilavasitə özünün qazıntının təsnifatı və əldə edilmiş kolleksiyaya əsaslanaraq fikir yürütməyə zəmin yaradır. Deyilənlərə yanaşı, kitabda müəllifin Leylatəpə ənənəsinə baxışları qısa şəkildə təqdim olunur və Nəsib Muxtarovun tədqiq etdiyi Qalayeri Qaş yaşayış yeri haqqında qısa məlumat və əldə edilmiş bəzi materialların illustrasiyaları əlavə olunur.