Journal of Azerbaijan Archeology

Tarix Dostiyev. Arxeologiya. Dərslik. Bakı: “Elm və Təhsil”

Dərslikdə bəşəriyyətin sübh çağından son orta əsrlərədək keçdiyi tarixi inkişaf yolunun qanunauyğunluqları, tarixi inkişaf prosesində hər bir arxeoloji dövr insanlarının kəşf və innovasiyaları, nailiyyət və töhfələri şərh olunur. Dərsliyin “Arxeologiya giriş” hissəsində arxeologiyanın predmet və obyekti, arxeoloji mənbələr, başlıca arxeoloji anlayışlar, tədqiqat metodları, arxeologiyanın fənlərarası əlaqələri, arxeoloji dövrü təsnifat, arxeologiya elminin tarixi haqqında məlumat verilir. Dərsliyin “Arxeologiyanın əsasları” hissəsində xronoloji ardıcıllıqla mühüm arxeoloji problemlər, arxeoloji mənbələr əsasında müxtəlif texnoloji, etnik, sosial rekonstruksiyalar, başlıca arxeoloji mədəniyyətlər, yaxşı tədqiq olunmuş abidələr haqqında məlumat verilməklə bəşəriyyətin keçdiyi tarixi yolu diqqətə çatdırılır.

Dərslik ali məktəblərin Tarix fakültəsinin bakalavr səviyyəsi üçün nəzərdə tutulub.